“Real Madrid”lə İspaniya Futbol Federasiyası arasında gərginlik səngimir.
Metbuat.az xəbər verir ki, hakimlərin onlara qarşı qərəzli mövqe sərgilədiyini irəli sürən “Real” buna reaksiya verəcək. “Relevo” xəbər verir ki, “Real” İspaniya Futbol Federasiyası və Hakimlər Komitəsinin qərarlarından narazıdır. Bildirilir ki, buna görə də, “Real” azarkeşlərindən La Liqa matçında "Federasiyada korrupsiya" şüarını səsləndirmələrini xahiş edib. Məlumata görə, “Real” rəhbərliyi bundan əvvəl azarkeşlərini bu cür şüarlara qatılmamaları barədə xəbərdar etdiyi, lakin indi prezident Florentino Peresin ispan futbolu ilə "müharibə" istədiyi vurğulanıb.