Bu məhsulun satışı cinayətdir - Həkim

Son vaxtlar spirt tərkibli məhsullardan zəhərlənmə və ölüm halları artmaqdadır. Xüsusilə, metil spirti kimi zəhərli maddələrin etil spirtinin adı altında satılması ciddi təhlükə yaradır. Keyfiyyətsiz və nəzarətsiz istehsal edilən spirtli içkilər insan sağlamlığı üçün böyük risk daşıyır və ölümlə nəticələnən hallara səbəb olur.

Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb eksperti Aydın Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu halların mənfi mənada aktuallığı artıb:

“Spirtlərdən zəhərlənmə olmaz, amma keyfiyyətsiz və lazımsız tərkibli, zəhərli maddələr qatılmış məhsullardan hazırlanıb “spirt" adı altında nələr satılırsa, bu artıq cinayətdir. Metil spirti yalnız texniki və laboratoriya təcrübələri üçün istifadə olunur, insan istehlakı üçün qətiyyən yararlı deyil. Bu cür spirtlər reseptlə satılmır və xəstələr üçün nəzərdə tutulmayıb. Belə məhsulları insanlara təqdim etmək hüquqi cəhətdən məsuliyyət yaradır”.

Həkim qeyd edib ki, bu spirtin satışı rəsmi olaraq aptek və qida üçün qadağandır.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı