Bakı-Tbilisi-Bakı dəmir yolu reysi açılır?

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar yoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin bu ilin 1 may tarixindən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumat barədə sualını cavablandırarkən deyib.

"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama etmişdi. Biz də bununla bağlı məlumat gözləyirik", - Azər Fərəcov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı