Bu ölkədə fövqəladə vəziyyət elan edildi

ABŞ milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib.

"Bu təhlükənin mənbəyi ABŞ-dən kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bununla təhlükəyə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm".

Tramp deyib ki, ABŞ-nin digər ölkələrlə ticarət əlaqələrində qarşılıqlılıq yoxdur: "Üstəlik, bu münasibətlər xüsusilə son illərdə son dərəcə balanssızlaşıb"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı