Liviyanın paytaxtı Tripolidə şiddətli toqquşmalar başlayıb.
Metbuat.az xəbər verir ki, Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini evlərində qalmağa çağırıb. Bildirilir ki, toqquşmalar aparat rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb.
Liviyanın paytaxtında Mitiqa Beynəlxalq Hava Limanı baş verən toqquşmalara görə fəaliyyətini dayandırıb.