Bakı, 10 iyun, Ceyhun Alışov, AZƏRTAC
İyunun 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Nağıllar aləmində” adlı yeni tamaşanın premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, folklor nümunələri əsasında hazırlanmış tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.
Tamaşada rolları Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızıpapaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) ifa edirlər.
Birhissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.