Bakı, 12 iyun, Ceyhun Alışov, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Nağıllar aləmində” adlı yeni tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, folklor nümunələri əsasında hazırlanan tamaşada gənc aktyorların çıxışı böyük tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanıb.
Tamaşada yer alan “Keçi və Qurd” , “Sərçə”, “Qırmızıpapaq qız”, “Ac qurd və quzu”, “Qoğal” nağıl iqtibasları gənc aktyorlar tərəfindən məharətlə oynanılıb. İstedadlı gənclərin rol aldığı tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.
Tamaşada əsas rolları Güney Əliyeva, Aygün Baxışlı, Nigar Məmmədova, Fidan Cəfərova, Günel İmanova, Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.
Qeyd edək ki, birhissəli nağıl tamaşa 80 dəqiqə davam edib.