[ 12 İyun 2015 11:37 ]


Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Nağıllar aləmində” tamaşasının premyerası keçirilib.

APA-nın məlumatına görə, tamaşa xalq artisti Bəsti Cəfərova tərəfindən “Keçi və Qurd” , “Sərçə”, “Qırmızıpapaq qız”, “Ac qurd və quzu”, “Qoğal” nağılları əsasında hazırlanıb. Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.

Tamaşada əsas rolları Güney Əliyeva, Aygün Baxışlı, Nigar Məmmədova, Fidan Cəfərova, Günel İmanova, Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.