ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların yaxın zamanda keçiriləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Uitkoff bu barədə sentyabrın 6-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Vaşinqton son 48 saat ərzində diplomatik prosesə konstruktiv şəkildə başlayıb və danışıqlar nəticəsində müsbət razılaşmanın əldə olunacağına ümid edir.