“Fənərbaxça”nın heyət planlamasında yer almayan braziliyalı müdafiəçi Rodrigo Bekao karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Metbuat.az xəbər verir ki, 31 yaşlı futbolçu yeni klubu “Rodina Moskva” ilə müqavilə imzalamaq üçün Rusiyaya yollanıb. Məlumata görə, Bekao Moskva təmsilçisi ilə 1 illik icarə müqaviləsi bağlayacaq. Braziliyalı müdafiəçi ötən mövsümü icarə əsasında “Kasımpaşa”da keçirib.

Bildirilir ki, Bekao 2023-cü ildə “Udineze”dən 8,3 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunub. O, İstanbul klubunun heyətində 38 rəsmi oyunda meydana çıxıb və iki dəfə ciddi zədə yaşayıb.