“Real Madrid”in baş məşqçisi Joze Mourinyo mətbuat konfransında Arda Güler barədə danışıb.

Metbuat.az xəbər verir ki, Mourinyo onun oyun keyfiyyətini yüksək qiymətləndirib. Portuqaliyalı mütəxəssis Ardanın oyun baxımından inanılmaz səviyyədə olduğunu vurğulayıb və onun baxışını, qərarlılığını, komandanın oyununa gətirdiyi sabitlik və yaradıcılığı xüsusi qeyd edib. Mourinyonun sözlərinə görə, Arda Güler fantastik potensiala malikdir və maraqlı statistik göstəricilərə sahibdir.

"Onun fantastik potensialı var və artıq çox maraqlı statistikaları mövcuddur. Məncə, onun oyun keyfiyyəti inanılmazdır", - deyə Mourinyo bildirib.