“Neftçi” PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə "ağ-qaralar"ın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.