Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını dəstəklədiklərini bildirib.

Metbuat.az xəbər verir ki, Ərdoğan bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı danışıb.

O qeyd edib ki, Türkiyənin Cənubi Qafqazla bağlı mövqeyi aydındır.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın sülh istiqamətində nümayiş etdirdiyi iradəni dəstəklədiklərini vurğulayıb.