Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu statusunu qoruyub.

Metbuat.az xəbər verir ki, “Sportico” 2026/27 mövsümündə ən yüksək gəlir əldə edəcəyi gözlənilən futbolçuların reytinqini açıqlayıb. Siyahının ilk pilləsində “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yer alıb. Portuqaliyalı ulduzun ümumi gəlirinin 300 milyon dollar olacağı proqnozlaşdırılır. Bunun 250 milyon dolları futbol fəaliyyətindən, 50 milyon dolları isə meydandan kənar gəlirlərdən formalaşacaq.

Ən çox qazanan 10 futbolçu:

Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar

Lionel Messi (“İnter Mayami”) – 150 milyon dollar

Kililan Mbappe (“Real Madrid”) – 105 milyon dollar

Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar

Vinisius Junior (“Real Madrid”) – 67 milyon dollar

Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar

Lamin Yamal (“Barselona”) – 47 milyon dollar

Cud Bellinqem (“Real Madrid”) – 45 milyon dollar

Harri Keyn (“Bavariya”) – 42 milyon dollar

Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar.