Müğənni Elton Hüseynəliyev istirahətə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, sənətçi yay planlarından danışıb:
“Bodruma gedirəm, bir həftə orada qaldıqdan sonra Bakıya qayıdacam və Amerikaya gedəcəm. Bruklində toya dəvət olunmuşam. İyulun 4-də vətənimə qayıdacam, bölgələrə istirahətə yollanacam. Bizim rayonların havasından heç yerdə yoxdur”.
E.Hüseynəliyev şou-biznesdəki dostlarından da bəhs edib:
“Şou-biznesdə dost olduğum insanlar çoxdur. Aygün Kzımovaya, Rəhim Rəhimliyə gecə saat 5-də də zəng etsəm qaçıb yanıma gələr. Bu aləmdə mərd insanlar az deyil”.