Ledi Qaqanın Bakıdakı pianosu necə bəzədilib? - video

Ledi Qaqanın Bakıdakı pianosu necə bəzədilib? - video
20:56 19 İyun 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində müğənni Ledi Qaqanın ifa etdiyi pianonun bəzədilməsi üçün 2000-dən çox güldən istifadə edilib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Azərbaycanın tanınmış gül dizayneri Dmitri Türkan Rusiyanın TACC agentliyinə bildirib.

"Pianonun xalça üzərində güllə bəzədilməsi ideyası açılışın rejissoru Dimitris Papaioanna aiddir. Məni açılışa 36 saat qalmış çağırdılar və dedilər ki, Qaqanın ifasında həyat, gül-çiçək olmalıdır. Şərtlər çox çətin idi. Birincisi güllər açıq günəş altında qurumamalı idi. İkincisi isə sudan da istifadə edilməli deyildi. Bütün komanda ilə hərəkətə keçdik. Çox fikirləşəndən sonra belə nəticəyə gəldik ki, hər gülü boruya yerləşdirək. Və 2 mindən çox güldən istifadə edildi", - deyə Türkan bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR