Xoşqədəm əsəbiləşdi: "Artıq məcburam bu səviyyəsizlərin dilində danışmağa"

Xoşqədəm əsəbiləşdi: "Artıq məcburam bu səviyyəsizlərin dilində danışmağa"
12:26 20 İyun 2015
277 Şou
Ölkə mətbuatı
A- A+

ANS TV-də yayımlanan "Axtarıram səni" və "Sən tək deyilsən" telelayihələrin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə adına açılan saxta profillərdən təngə gəlib.

ANS PRESS-in məlumatına görə, səbr kasası daşan jurnalist saxtakarlara elə sosial şəbəkədə sərt reaksiya verib:

"Dostlar, daha bir nəfər mənim adımdan saxta profil açıb. Vallah, dəhşətə gəlirəm, bu qədər saxtakarlıq olar? Adam da atasından, öz adından imtına edər? Bəlkə indi nə vaxtsa atam bu saxtakarın anasıyla görüşüb, amma indi burada ayıbdı axı atamın adını çəkməklə ananın hansı yuvanın quşu olduğunu göstərirsən. Dostlar, artıq məcburam bu səviyyəsizlərin dilində danışmağa.

Axı nə qədər adıma saxta profıl acılar? Və müəyyən həddə çatanda, dostluqlarında kifayət qədər insan olanda artık ad dəyişilir və məlum olur ki, mənim adıma səhifə açan kişi imiş. Nə deyəsən? Amma mən yazıq hər zaman adını kişi qoyanlarla savaşıram. Bu günə qədər bir qadınla üz-üzə gəlmədim. Bu günə qədər bir qadın haqqımı tapdalamadı, mənə xəyanət etmədı, satmadı ( söhbət yaxşılıq etdiklərimdən, əl tutduqlarımdan gedır) . Bu nədir axə? Dostlar, hər birinizdən xahiş edirəm, bu profili şikayət edin, bu kişiciyi yerındə oturdaq".








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=352051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı