Barbadoslu müğənni Rihanna özünün “Clara Lionel Foundation” xeyriyyə təşkilatının video-çarxına çəkilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, videoda müğənninin anası da yer alıb. Orada xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım edən fondun tibb, təhsil və mədəniyyət sahəsində gördüyü işlərdən bəhs olunub.
Qeyd edək ki, layihənin müəllifləri Rihannanın nənə və babası Klara ilə Layneldir. İfaçının nənəsi məhz xərçəng xəstəliyindən dünyasını dəyişib. Sözügedən fond da 2012-ci ildə yaradılıb.