Şou-biznesin yeni cütlüyü (VİDEO)

Şou-biznesin yeni cütlüyü (VİDEO)
20:56 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Gənc müğənni Ramal Əsədzadə və Səidə Dadaşova ilə birgə duet yazdırıblar.

ANS PRESS-in məlumatına görə, şou-biznesin cütlüyü müsiqisi və sözləri Ramal Əsədzadəyə oranjimani isə Rabil Səfərliyə məxsus olan “Qayıtsın zaman” mahnısını yeni oranjmanda və yeni tərzdə ifa ediblər.

Layihə haqqında açıqlama verən Ramal Əsədzadə bildirib ki, bu layihəni yay fəslində həyata keçirməyi planlaşdırsalar da bunu edə bilməyiblər: "Qismət bu günə imiş. Səidənin səsini, sənətini çox bəyənirəm. Ən əsası da insani keyfiyyətlərini bəyəndiyim üçün bu təşəbbüsü göstərdim. Ümumilikdə isə bu layihənin rəhbəri Səidənin produsseri olan bəstəkar-oranjimançı Arzu Abbasovadır. Mahnının səs rejissoru da məhz Arzu xanımdır. Onu da deyim ki, bu yaxınlarda Səidə ilə birgə yeni fotosessiyamız və duetimizə klip çəkdirəcəyik. Mahnı efirdə səslənən gündən etibarən tamaşaçıların rəğbətini qazanıb”.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR