Hülya Avşardan Yıldız Tilbe açıqlaması: "Canı sağ olsun"

Hülya Avşardan Yıldız Tilbe açıqlaması: "Canı sağ olsun"
01:36 24 Yanvar 2015
254 Şou
Ölkə mətbuatı
A- A+

Sənətçi Hülya Avşar sosial mediada onu təhqir edən həmkarı Yıldız Tilbə haqqında danışıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, daha öncə bir çox məşhurla mübahisə edən Hülya ilk dəfə geriyə addım ataraq "Mən belə demək istəmədim" söyləyib:

"Biz onu belə qəbul etdik. Yəqin ki, kimsə Yıldızın qulağın doldurub. Halbuki, mən ona çirkin demək istəməmişəm. Əksinə, onun bir tərzi olduğunu söylədim. Yarışmadadkı qızın çox gözəl olduğunu gördüm. Yıldız çirkin deyil, amma qız gözəldir".

Avşar haqqında yazılan tvitlər üçün də "Canı sağ olsun" şərhini verib.

Xatırladaq ki, TV8-də yayımlanan dəb proqramı "Bu tarz benim"in birinci həftəsinin seçim gecəsində qonaq olan müğənni Hülya Avşar Yıldız Tilbenin ifa, rəqs və geyim tərzini təqlid edən yarışmaçı Gülşah haqqında "ona bənzəmədin, çünki daha gözəlsən" söyləyib.

Bu sözlərindən sonra "Təbii ki, Yıldız səhv başa düşməsin, mən ona çirkin demədim" deyərək vəziyyəti düzəltməyə çalışsa da, Tilbe Tvitterdə hadisəyə sərt reaksiya bildirərək həmkarını təhqir etmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR