[ 27 İyul 2015 13:22 ]



Bakı. Fuad Cəfərov - APA. Gəncə şəhərində oğurluq edən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də Günay Abdinovanın evindən 1000 manat, 4500 manat dəyərində qızıl əşyalar və təhlükəsizlik kamerası oğurlayan Samux rayon sakini Tapdıq Tağıyev, Daşkəsən rayon sakinləri Aynur Məmmədova və bacısı Aygün saxlanılıblar.