Rusların yeni maşını Qərbi təlaşa salıb - FOTO

Rusların yeni maşını Qərbi təlaşa salıb - FOTO
12:05 8 Avqust 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Arktikanı ələ keçirmək planları qərb kütləvi informasiya vasitələrini narahat edir.

Anspress-in məlumatına görə, bununla əlaqədar "The Week" nəşri "Rusiya hərbçiləri qar skuteri ilə silahlandırır - bu Şimal qütbünü zəbt etmək üçündür?" məqaləsini çap edib.

Robert Bekxusenin məqaləsində söhbət hərbi hava-desantları ordusunun komandanı Vladimir Şamanovun ilin əvvəlində Rıbinskə səfərindən gedir.

Səfər çərçivəsində hərbi-hava desantları rəhbəri silahlı qüvvələrlə müqaviləsi olan "Rus mexanikası" şirkətinin təqdim etdiyi qar skuterlərinə maraq göstərib. O qar skuterlərinin desantlara adaptə olunması üçün təlimatlar verib.

Bəs, ordunu qar skuterləri ilə silahlandırmanın nə mənası var, axı tundrada heç bir müharibə baş vermir? - deyə jurnalist sual verir. Əgər bu "Rus mexanikası" şirkətində iş yelərinin olması üçün deyilsə, onda Rusiyanın Arktika ərazilərinə olan marağı ilə əlaqədardır.

"Rus mexanikası" şirkətinin internet səhifəsi "Tayqa 551"-in şəkli ilə açılır. O, 357 min rubla (5854 AZN) təqdim olunur və Rusiya ordusu silahlandırılmasına daxil olduğu qeyd olunur.

"Tayqa 551" əsl hərbi maşındır. Maşın gülləkeçirməz çənlə təchiz olunub. Bu, vertolyotlarda olduğu kimidir, maşın atəşə tutulduqda yığılmağa başlayır, xüsusi soyuducu sistem isə istiləşmə zamanı mühərrikin qızmağına imkan vermir. Maşınlara bombaatan və avtomat da bərkitmək mümkündür. Bu qar skuterləri sürücünün donmasına da imkan vermir. Bunun üçün tutacaqların isidilməsi sistemi mövcuddur. Skuter 100 kilometr saat sürətlə gedə bilir. 

Mart ayında Rusiya prezidenti Vladimir Putin Arktikada ordu, donanma, hərbi-desant ordusunun iştirakı ilə təlimlər üçün göstəriş verib. Aprel ayının 1-də isə NATO rus təyyarələrinin tapılmasını mükəmməlləşdirmək üçün Arktikaya aviasiya göndərir. Müəllifin sözlərinə görə, bu o deməkdir ki, şimal uğrunda müharibələr göydə və dənizdə olacaq. Quru ərazilərdə hərbi əməliyyatlardan isə hələ ki, söz demək çətindir.

Avqustun 5-i Rusiya sahildən 650 kilometr uzanan Arktik dəniz şelfində 1,2 milyon kvadrat km əraziyə rəsmi iddia ilə bağlı ərizəsini yenidən BMT-yə təqdim edib. Təqdim olunan ərizəyə payızda baxılacağı gözlənilir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR