"Skype", "Facebook" , “WhatsApp" Azərbayacanı tərk edə bilər

"Skype", "Facebook" , “WhatsApp" Azərbayacanı tərk edə bilər
15:56 10 Avqust 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən "Skype" , "Facebook" , “WhatsApp" lisenziyalaşdırılmalıdır.

“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən "Skype", "Facebook" , “WhatsApp" da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.

ANS PRESS -in məlumatına görə, nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Narahatlığa səbəb isə lisenziyalaşdırma nəticəsinədə internetə girişdə bəzi məhdudiyətlərin yaranaması ehtimalıdır. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi rabitə xidmətləri göstərən "Skype", "Facebook" , “WhatsApp" Azərbaycanda öz fəaliyyətini yenidə gözdən keçirməsi ilə nəticələnə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, nazir əslində nə demək istədiyi məlum deyil və dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur.

“Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”.

http://s019.radikal.ru/i639/1508/90/cab0ae106707.jpg
Osman Gündüz-Azərbaycan İnternet Forumunun prezidenti


Onun sözlərinə görə, Rusiya, Türkiyə , Belarusda hökümətin İnternetə qarşı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması pərdəsi altında İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır.

Mobil operatorlarında bəzi "Skype", "Facebook" , “WhatsApp" la eynidir. Ona görədə cür resursların məhdudlaşdırılması mobil operatorlara sərf edəcək. Çünki gündəlik həyatımızda artıq internet üzərində zənglər geniş yayılmaqdadır. Bu isə mobil operatorların gündə külli miqdarda gəlir itirməsi deməkdir.

Osman Gündüz bildirib ki, bu hansısa dairələrin iqtisadi maraqları baxımından da irəli sürülən fikir ola biləcəcək fikirdir.

"Sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatçılıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibə çevrilib. Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər".

Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov ANS PRESS -ə açıqlamasında bildirib ki, nazirlik sosial şəbəkələrin işini məhdudlaşdırmaq istəməmir, sadəcə onların fəaliyyətinin nizama salmasını qaydaya salmağa hazırlaşırıq.

“Sadəcə bu şirkətlərlə biz danışıqlar aparmaq və Azərbaycanda onların fəaliyyətini müzakirə etmək niyyətindəyik. Bu sənəd nazirlik tərəfindən hazırlanib və tezliklə Milli Məclisə göndəriləcək. "

Nazirlik rəsmisi bildirib ki, bu şirkətlər Azərbaycan bazarında çoxlu pul qazanır, buna görədə vergi qoyma məsələləri onlarla müzakirə etmək lazımdır.

http://s020.radikal.ru/i717/1508/c6/5ce6f91c9d5d.jpg
Müşviq Əmirov-Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, lisenziyalaşdırmanın və vergi qoymanın tətbiqi "Skype", "Facebook" , “WhatsApp" fəaliyyətinə mənfi təsir göstərə bilər.

“Onların lisenziyalaşdırılması və vergi qoyma məsələsinin gündəmə gətirilməsi həmin şirkətlərin Azərbaycanda fəaliyyətlərinə yenidən baxmaları ilə nəticələnə bilər. Ümumilikdə Azərbaycan bazarı qlobal rabitə xidməti göstərən "Skype", "Facebook" , “WhatsApp" üçün balacadır.”- deyə Osman Gündüz bildirdi.

Müştərilər həmişə ucuz qiymət axtarışındırlar. Son vaxtlar isə insanlar daha sərfəli xidmət təklif edən "Skype", "Facebook" , “WhatsApp" vasitəsi ilə bir-biri ilə əlaqə saxlamağa başlayıblar. Ümid edirik ki, lisenziyalaşdırılması onsuzda baha olan mobil tariflərə təsir etməyəcək və müştərilərin məmnunluğuna xidmət edəcək.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR