Şou-biznesin tanınmış simaları gənc müğənni Borisin klipində bir araya gəliblər.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, xalq artisti Aygün Kazımova, əməkdar artist Abbas Bağırov, Günay İbrahimli, Rəhim Rəhimli, Aşıq Əli, Emil Bədəlov, aparıcılar Afaq Gəncəli, Nərgiz Məmmədova, "Bozbaş Picture"nin komandası gənc müğənninin "Aromatik" mahnısına çəkilən klip üçün kamera qarşısına keçiblər.
Qeyd edək ki, sözləri Azər Şirin, musiqi - aranjimanı Məmmədhüseynov Tərlana məxsus mahnının klipi gələn həftə təqdim ediləcək.
Milli.Az


