Taylandın paytaxtı Banqkokda daha bir partlayış qeydə alınıb.

ANS PRESS-in Tayland polisinə istinadən verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hadisə Saphan Taksin metro stansiyasının yaxınlığında yerləşən bərə körpüsündə baş verib. Partlayıcı qurğu körpüdən çaya atılıb və orada partlayıb. Hadisənin kim tərəfindən törədilməsi hələ ki, məlum deyil.


Taylandda çayda partlayan qurğu

Polis əməkdaşları bombanın məhz suda partlaması səbəbindən qurbanların olmadığını bildirirlər.

Ötən gün Taylandın paytaxtında baş verən partlayışdaisə 22 nəfər həlak olub, 123 nəfər xəsarət alıb. Ölənlər arasında 8 xarici turist olub.


Hadisə Banqkokun Çidlom rayonunda axşam saat 20:00 radələrində qeydə alınıb. Partlayıcı qurğunu nüfuzlu otel və mağazalara yaxın ərazidə işə salıblar.

Taylandda daha bir partlayış baş verib
Avqustun 16-sı Banqkokda baş verən hadisə


Ölkənin baş naziri Prayu Çan-Oça partlayışı bu vaxta qədər Taylandda baş verən ən faciəli hadisə kimi qiymətləndirib.

Müdafiə Naziri Pravit Vonqsuvonq isə, hadisənin, məhz, xarici turistlərə görə törədildiyini deyir.

Taylandda daha bir partlayış baş verib
Prayu Çan-Oça - Taylandın baş naziri


Həmçinin oxuyun:
Dəhşətli partlayışı törədənin görüntüləri üzə çıxdı
Güclü partlayış onlarla insanın həyatına son qoydu