Fətullahçı yazar Ərdoğanın qəzetində işə başlayır

Fətullahçı yazar Ərdoğanın qəzetində işə başlayır
08:11 5 Sentyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Fətullah Gülənin “Hizmet” qrupuna aid “Zaman” qəzetinin şef redaktoru olmuş, uzun müddət bu qəzetdə köşə yazarı olan Hüseyn Gülərcə 1 illik fasilədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və hakim Ədalət və İnkişaf Partiyasına (AKP) dəstək verən “Star” qəzetində yazmağa başlayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə yazar özünün şəxsi twitter səhifəsində məlumat yayıb:

“Bir illik fasilədən sonra yazmağa başlayıram. Qarşıdakı həftə çərşənbə günündən etibarən “Star” qəzetində oxucularımla görüşəcəyəm. Allah xeyirli eləsin.” – deyə Hüseyn Gülərcə sosial şəbəkədəki ismarışında qeyd edib.

Uzun illər Fətullah Gülənə bağlı mətbu orqanlarda yazarlıq fəaliyyəti göstərən Hüseyn Gülərcə “Hizmet” qrupunun da ən önəmli fiqurlarından hesab olunurdu. AKP hakimiyyəti ilə Fətullah Gülən qrupu arasında gərginliyə səbəb olan 2013-cü il 17- 25 dekabr əməliyyatlarından sonra neytral mövqedə olan yazar ölkədə xalq səsverməsi ilə keçirilən ilk prezident seçkisindən əvvəl Rəcəb Tayyib Ərdoğanın seçiləcəyini bəyan etmiş və sonra fəaliyyət göstərdiyi “Zaman” qəzetindən müddətsiz məzuniyyətə ayrılmışdı. Hüseyn Gülərcə bundan sonra müxtəlif telekanallarda iştirak etdiyi proqramlarda Gülən qrupuna aid ifşa edici açıqlamalarla çıxış etmişdi.

Bir vaxtlar Fətullah Gülənə aid “Zaman” və “Bugün”qəzetlərində fəaliyyət göstərən, hazırda “Star” qəzetinin şef-redaktoru olan Nuh Gönültaş sosial şəbəkədəki səhifəsində, “Camaatın vicdanı olan, ancaq “təşkilat”laşanlarla “paralel” olmadığı üçün yollarını ayıran Hüseyn Gülərcə artıq “Star”da” sözləri ilə Gülərcənin gəlişini xəbər verib.

İqtidaryönümlü yayım siyasəti olan “Star” qəzeti biznesmen Ethem Sancaka aiddir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR