Xalq artistinin qızı açıq-saçıq şəklindən danışdı - FOTO

Xalq artistinin qızı açıq-saçıq şəklindən danışdı - FOTO
13:52 28 Yanvar 2015
785 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova sosial şəbəkədə yayılan şəklinə münasibət bildirib.

Milli.Az-ın məlumatına görə, lent.az-a açıqlama verən müğənni deyib ki, 2009-cu ildə çəkilmiş şəklini sosial şəbəkədə indi yayıblar:

“Bu şəkil 2009-cu ildə çəkilib. Mənim barəmdə danışan, pis şərhlər yazan insanlara bir sözüm var. Qeyrəti, namusu olan şəxs barəmdə pis şərhlər yazmaz. Barəmdə bu qədər artıq-əskik yazmağa gərək yoxdur. Sadəcə, adi bir şəkildir. Elə bil Azərbaycan xalqının düşmənidirlər".

Qeyd edək ki, sosial şəbəkədə paylaşılan şəklə “Bu da Dadaşovlar ailəsinin bir üzvü. Xalq artisti Rafael Dadaşovun gözünün ağı-qarası Səidə Dadaşova. Baxaq, ibrət götürək” şərhi verilib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR