[ 22 Sentyabr 2015 22:24 ]
Bakı-APA. Avropa İttifaqına qzv olan dövlətlərin DİN rəhbərləri 120 min qaçqının Aİ məkanında bölüşdürülməsinə dair qərar qəbul ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-də sədrlik edən Lüksemburqun daimi nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
“120 min qaçqının bölüşdürülməsinə dair qərar Aİ-nin üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə qəbul olunub”, deyə məlumatda bildirilir.