Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi 32,83%, ixrac 46,69% azalıb, idxal isə 5,08% artıb. Nəticədə, illik müqayisədə xarici ticarət dövriyyəsinin müsbət saldosu təxminən 4,3 dəfə azalıb.
Təkcə bu ilin avqust ayında ticarət dövriyyəsinin həcmi 1 304 272,59 min dollar olub. Müvafiq olaraq avqustda 593 310,37 min dollarlıq idxal, 710 962,22 min dollarlıq isə ixrac əməliyyatları aparılıb. Bu isə müvafiq olaraq idxalın çəkisinin 45,49%, ixracın isə həcminin 54,51% olduğunu göstərir.