Gecce.az xəbər verir ki, stilist Anar Ağakişiyev "10-dan sonra" verilişində zövqlü və zövqsüz müğənnilərdən danışıb.

Xalq artisti Aygün Kazımova

"Aygün xanım çox arıqlayıb, həmişəki normal çəkisindən də aşağıdır. Göy saçlarını görəndə təəccübləndim. Ona yaraşır. 10-15 il əvvəl də bu rəng tonunda olmuşdu. Seks-simvoldur".

Müğənni Roza Zərgərli

"Mənim kiminsə adını çəkərək, reklam olunmağıma ehtiyacım yoxdur. Roza Zərgərli çox zövqsüz müğənnidir. Mən bunu onun özünə də demişdim. Zövqsüz müğənni çoxdur, amma onların başında Roza Zərgərli durur. Mən bunu il başında demişdim və yenə də deyirəm. Düşünə bilər ki, münasibətimiz olmadığı üçün belə demişəm. Ağa ağ, qaraya qara demək lazımdır. Hətta onu "zövqsüzlər ikonası" adlandırıram. Ona qara pariki heç yaraşdırmıram".

Müğənni Rəhim Rəhimli

"Özünə görə stili var. Kleopatranın, Merilin Monronun stili qalıcıdır. Rəhim də Tarkan, Castin Biber stilini qarışdırıb. Bir çox sənətdə olan bəylərimizdən seçilir. Zamiq də belə seçilən müğənnilərdəndir".

Müğənni Aysel Əlizadə

"Tək köynəyini bəyəndim. Bu cür köynəkləri aşağısı enli ətəklərlə geyinsəydi, yaxşı olardı. Ayaqqabısı da libasına uyğun deyil".

Günay İbrahimli

"Zövqlə geyinir. Amma hərdən ona da iradımı bildirirəm. Efirdə olan müğənnilər örnək olmalıdırlar".

Milli.Az