Yunanıstan parlamenti erkən seçimlərə gedəcək

16:17 29 Dekabr 2014
71 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 16:07 ]

Bakı. Zümrüd Paşayeva - APA. Yunanıstanda növbədənkənar parlamenti seçkiləri keçiriləcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Yunanıstan parlamenti səsvermənin üçüncü - son mərhələsində ölkə prezidentini seçə bilməyib. Yeganə namizəd, keçmiş avrokomissar Stavros Dimas lazımi miqdarda səs toplaya bilməyib. O, azı 180 səs tələb olunduğu halda, 168 səs alıb.

 

Yunanıstan Konstitusiyasına görə, üç turda prezident seçilmədiyi halda erkən seçkiyə gedilməlidir. Seçkilərin 2015-ci il yanvarın 25-də və ya fevralın 1-də baş tutacağı gözlənilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR