Füzuli, 16 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı məcburi köçkünlərin məskunlaşdığı 3 saylı Zobucuq qəsəbəsində Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rolları Vaqif Rəhimov, Məryəm Məmmədova, Habil Hacıyev, Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov, Qaçaq Qarayev, Aygün Cəfərova və başqaları ifa ediblər.
Tamaşa qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.
“Hacı Qəmbər” tamaşası qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb
“Hacı Qəmbər” tamaşası qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb