Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 22-də Los-Ancelesdə “American Music Awards” musiqi mükafatının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, mərasimin “İlin artisti” əsas nominasiyasının qalibi Britaniyanın “One Direction” qrupu olub. O, eyni zamanda ən yaxşı pop qrupu seçilib.
Pop və rok janrında ən yaxşı kişi ifaçısı nominasiyası üzrə Ed Şiran, analoji qadın nominasiyasında isə Ariana Qrande qələbə qazanıb. Ən yaxşı mahnı adına Teylor Sviftin “Blank Space” kompozisiyası layıq görülüb. Niki Minaj eyni zamanda iki mükafata - “Ən yaxşı rep/hip-hop artisti” və “Ən yaxşı rep/hip-hop albomu” mükafatlarına sahib olub.
“American Music Awards” mükafatına, həmçinin Castin Biber, Sem Hant, Rianna, Enrike İqlesias, “The Weeknd” və “Fall Out Boy” qrupları da layiq görülüblər.
“American Music Awards” musiqi mükafatının təqdimetmə mərasimi keçirilib
“American Music Awards” musiqi mükafatının təqdimetmə mərasimi keçirilib
“American Music Awards” musiqi mükafatının təqdimetmə mərasimi keçirilib