Füzuli, 28 noyabr, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı məcburi köçkünlərin məskunlaşdığı 1 saylı Zobucuq qəsəbəsində Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rolları Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova, Habil Hacıyev, Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov, Nicat Süleymanzadə, Aygün Cəfərova və başqaları ifa ediblər.
Tamaşa qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.