Səhiyyə Nazirliyi xəsarət alan neftçilərlə bağlı açıqlama yaydı

Səhiyyə Nazirliyi xəsarət alan neftçilərlə bağlı açıqlama yaydı
13:12 6 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan SOCAR əməkdaşlarının müalicəsi üçün bütün zəruri tədbirlər görülür.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ümumilikdə Mərkəzi Neftçilər Xəstəxanasına 31 nəfər yerləşdirilib, onlardan 22 nəfər ambulator müalicəsi alaraq evə buraxılıb. Bazar ertəsi günü onlar təkrar olaraq müayinədən keçəcəklər. 8 nəfər isə müxtəlif diaqnozlarla stasionar müalicə almaq üçün Mərkəzi Neftçilər Xəstəxanasında qalıb. Bir nəfər Yanıq Mərkəzinə göndərilib", - deyə mətbuat xidmətində bildiriblər.

Səhiyyə naziri Oqtay Şirəliyev şəxsən xəsarət alanları ziyarət edib, onlara göstərilən müalicənin keyfiyyəti ilə maraqlanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR