“Bakı Şəhər Halqası” paytaxt yollarında təmir işləri ilə bağlı açıqlama yayıb

“Bakı Şəhər Halqası” paytaxt yollarında təmir işləri ilə bağlı açıqlama yayıb
12:18 7 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
“Formula-1” Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) şirkəti gələn ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsinə hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrində təmir-tikinti işləri görülür.
“Bakı Şəhər Halqası”ndan AZƏRTAC-a bildiriblər ki, dekabrın 7-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyli və Xaqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmiri üçün bağlanıb. Bundan əlavə, Bülbül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin başa çatma tarixi hələ ki məlum deyil. Xaqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospektləri ilə kəsişmələrində dekabrın 2-dən başlayan təmir işləri artıq başa çatıb.
Yarışdan əvvəl salınacaq və “Formula-1” standartına cavab verəcək yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Halqasi_paytaxt_yollarinda_temir_isleri_ile_bagli_achiqlama_yayib-908835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR