Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş konsert keçiriləcək

Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş konsert keçiriləcək
11:13 8 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq Artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdə Qədir Rüstəmovun həyat yolundan və Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açılacaq. Gecədə xanəndənin repertuarından olan mahnılar səsləndiriləcək.
Qeyd edək ki, Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz, sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır.
Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də vəfat edərək ikinci Fəxri xiyabanda dəfn olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qedir_Rustemovun_80_illiyine_hesr_olunmus_konsert_kechirilecek-909210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR