"Keyxanım": "Bu, bizim "Toppuş bacı"yla..."

"Keyxanım": "Bu, bizim "Toppuş bacı"yla..."
16:22 8 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva yeni seriala çəkilir. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, çoxlarının "Keyxanım" kimi tanıdığı, Dövlət Musiqili Teatrında bir-birindən maraqlı obrazlar yaradan Ülviyyə Əliyevanın çəkildiyi yeni serial "Əntiqə rəfiqələr" adlanır. Yaradıcı kollektiv milli-mənəvi dəyərlərin, saflığın, dürüstlüyün təbliğini qarşısına məqsəd qoyub. Serialda iki əsas qəhrəman var. Onlardan birini Ülviyyə Əliyeva, digərini isə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Əliyeva canlandırır.

"Bu, bizim "Toppuş bacı"yla, yəni Tünzalə Əliyeva ilə birlikdə ilk müstəqil işimizdir. Yəni birinci dəfədir ki, biz heç bir televiziyanın, prodakşının, komandanın tərkibində olmadan, müstəqil şəkildə ikimiz birlikdə bir iş araya-ərsəyə gətirməyə çalışmışıq. Elə "Əntiqə rəfiqələr"in ideyası da Tünzalə xanıma məxsusdur. Serialda, əsasən, iki rəfiqənin başına gələn maraqlı, gözlənilməz, komik situasiyalarla dolu əhvalatlar baş verir. Ümid edirik ki, bizim bu yeni işimiz də sevimli tamaşaçılarımızın rəğbətini qazanacaq. Paraelel olaraq Musiqili Teatrda da işlərimi davam etdirirəm. Hazırda xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı" komediyasında Anaxanım obrazını məşq edirəm. Anaxanım çox maraqlı, özünəməxsus xüsusiyyətləri olan bir obrazdır. Əminəm ki, Anaxanım obrazı da tamaşaçıların yaddaşında iz qoyacaq. Ümumiyyətlə, yeni səhnə əsərlərinin məşqindən, repertuardakı tamaşalarda canlandırdığım obrazlardan xüsusi zövq, güc alıram. Fürsətdən istifadə edib məni sevənləri Musiqili Teatrda oynadığım tamaşalara baxmağa dəvət edirəm", - deyə Ülviyya Əliyeva bildirib.

Qeyd edək ki, ailə-məişət mövzusundan bəhs edən "Əntiqə rəfiqələr"in quruluşçu-rejissoru Xamis Ağcayevdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/388653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR