Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS- verilən məlumata görə, PUA dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində vurulub. Qurğu Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
Sonuncu dəfə ermənilərə məxsus pilotsuz uçan aparat dekabrın 6-da vurulub.
Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilmişdi.