Sürücülərin diqqətinə: sərt cəzalar olacaq - VİDEO

Sürücülərin diqqətinə: sərt cəzalar olacaq - VİDEO
21:22 11 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Yol hərəkəti qaydalarını pozanlarla bağlı qaydalar dəyişir. Əgər avtomobili içkili halda idarə edən şəxs əvvəl 300 manat cərimə ödəməli idisə, indi bu rəqəm 400 manat olacaq. Digər bir yenilik isə yol hərəkəti qaydalarının pozulmasına görə verilən inzibati tənbehin müddətinin 2 aydan 1 ilə uzadılmasıdır. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bütün bu yeniliklər yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Avtomobili içkili halda idarə edənlərə qarşı cərimələr sərtləşdiriləcək. Sərxoş şəkildə avtomobil idarə edən şəxs artıq 300 yox, 400 manat cərimə ödəməli olacaq. Bu müddia yeni İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Bununla yanaşı, yeni İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydasının pozulmasına görə verilən inzibati tənbehin müddətinin də uzadılması nəzərdə tutulur. Hazırda inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 2 ay keçənədək verilirsə, yeni məcəllədə bu müddət uzadılaraq 1 ilə qaldırılacaq.

Bütün bu təkliflər yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi qəbul edildikdən sonra qüvvəyə minəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR