Müğənni Çingiz Mustafayev ATV-nin efirində yayımlanan "10-dan sonra" verilişində qonaq olub.
Milli.Az atv.az-a istinadən xəbər verir ki, müğənni Çingiz Mustafayev ifasından sonra tamaşaçıların onu alqışlamamasından şikayətlənib: "Bu sənətdə olan insanlar daha kövrək olur, amma elə məsələlər var ki, onu qəbul edə bilmirəm. Oxuyuruq, tamaşaçılara pozitiv enerji veririk, hətta tamaşaçılar da bizimlə oxuyur, bəyənir, amma ifa qurtarandan sonra alqışlamırlar. Biz xaricdə çıxış edəndə alqışlayırlar, hətta qarşımızda baş da əyirlər. Amma burada..."
Milli.Az