"Qurban olsun oğluma" - xalq artistinin qızı

"Qurban olsun oğluma" -  xalq artistinin qızı
11:26 17 Dekabr 2015
317 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Xoşqədəm Hidayətqızı “Deməsək olmaz” verilişində xalq artisti Rəfael Dadaşovun müğənni qızı Səidənin nikahdan kənar övlad dünyaya gətirməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, aparıcı ifaçının ünvanına sosial şəbəkədə deyilən təhqirlərdən danışıb:

“Adı çox qalmaqallarda hallanır. Sosial şəbəkədə ünvanına çox sözlər yazırlar. Səidənin rəsmi şəkildə nikaha girməməyini müzakirə etmirəm. Bir qadının ana olmasını, həyat yoldaşı ilə birgə yaşamasını qınamaq günahdır. O qız haqqında nələr yazdılar. Səidə deyir ki, biz öz həyatımızı yaşamalıyıq. Düz deyil”.

S.Dadaşova isə açıqlamasında haqqında deyilən sözlərə əhəmiyyət vermədiyini bildirib:

“Bəzilərinə elə gəlir ki, məşhurların övladlarına ayırmağa vaxtı olmur. Bizim ailədə belə hal olmayıb. Valideynlərimin bizə diqqətləri, qayğıları əskik olmayıb. Evin üçüncü övladı olmuşam, ərköyün böyüdülmüşəm. Mən də həyatda sadə adam kimi yaşamaq istəyərdim. Dünyaya övlad gətirməyim səs-küy yaradıb. Kimin nəyinə lazımdır? Mənim şəxsi həyatım var. Başqasına qarışıram? Milyonlarca qadın bu cür uşaq dünyaya gətirir. Mənim haqqımda gəzən söz-söhbətlər qurban olsun oğluma”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR