Vərəm dispanserində qətl törədən şəxsə hökm oxundu

Vərəm dispanserində qətl törədən şəxsə hökm oxundu
11:59 23 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə Əjdər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Əjdər İsmayılov 19 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki,  hadisə  bu il Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb. Orada müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.

 

 Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.

 

 Faktla bağlı cinayət işi başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR