Voleybol üzrə Naxçıvan şəhər birinciliyində 15 komanda iştirak edib

Voleybol üzrə Naxçıvan şəhər birinciliyində 15 komanda iştirak edib
14:43 24 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 24 dekabr, AZƏRTAC
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında voleybol üzrə şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbərv erir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdiyi birincilik 12 nömrəli tam orta məktəbin idman zalında keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açaraq idmançıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Olimpiya sistemi üzrə keçirilən yarışda 15 komanda iştirak edib. VIII-XI sinif şagirdləri arasında keçirilən yarışda 3 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. Digər iki pillədə isə 10 və 7 saylı tam orta məktəblərin komandaları qərarlaşıblar.
Sonda qalib komandalara təşkilatçıların diplomları təqdim edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR