"Report"-un TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın hazırki vəziyyətini müzakirə edib, xüsusilə Rusiya təbii qazının Azərbaycana idxalı məsələsinə diqqət yetiriblər.
"Azərbaycanda təbii qazın istehlakının artması perspektivləri nəzərə alınaraq, Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib", - deyə məlumatda qeyd olunub.