Tanınmış müğənni Əhməd Mustafayev repertuarına öz bəstəsi ilə yeniləyib.
İfaçı Metbuat.az-a açıqlamasında, "Sevgilim" adlanan yeni mahnısını evləmək istəyən cütlüklər üçün həsr etdiyini söylədi:
"Bəstənin sözləri məşhur aparıcı Samir Bayramlıya, musiqisi özümə aiddir. Aranjımanı isə İslam Şirvanı edib. Bu mahnını bütün sevən cütlüklərə həsr etmişəm. Mahnıda cütlüklər nə qədər sevdiklərini, nə qədər sadiq qalacağını, bir birilərinə nə qədər dəyər verdiyini heç vaxt unutmadığını bildirmişəm".