Dövlət Statistika Komitəsinin nümayəndələri BMT-nin regional seminarında iştirak ediblər

Dövlət Statistika Komitəsinin nümayəndələri BMT-nin regional seminarında iştirak ediblər
13:53 29 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndələri BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNIDO) layihəsi çərçivəsində Avstriyanın paytaxtı Vyanada təşkil olunan regional seminarda iştirak ediblər. MDB ölkələrində sənaye statistikası və inkişaf və rəqabət qabiliyyətlilik tendensiyalarının təhlili mövzusuna dair regional seminarda Azərbaycanla yanaşı MDB Statistika Komitəsinin, Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın, Türkmənistanın, Moldovanın nümayəndələri, UNIDO-nun əməkdaşları və dəvət olunmuş ekspertləri iştirak ediblər.
Komitədən AZƏRTAC-a bildirilib ki, seminarın formatı əvvəlkilərdən fərqli olub və tədbirə milli statistika orqanlarının nümayəndələri ilə yanaşı MDB ölkələrində sənaye sahəsində iqtisadi siyasəti həyata keçirən dövlət orqanlarının nümayəndələri də dəvət ediliblər. Seminarın məqsədi MDB ölkələrində sənayenin inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətini həyata keçirən qurumların öz funksiyalarını yerinə yetirmələri üçün tələb olunan statistik məlumatların rəsmi istehsalçıları olan statistika orqanları tərəfindən əldə edilməsi, eyni zamanda bu işin digər ölkələrlə müqayisədə hansı səviyyədə olmasına dair ətraflı məlumat almaqdır. Üç gün davam edən tədbir sənaye statistikasına dair müxtəlif mövzuları əhatə edən beş sessiyadan ibarət olub.
Dövlət Statistika Komitəsinin milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov “Dövlət Statistika Komitəsində vahid hesabat formasının tətbiq olunması”na dair təqdimatla çıxış edərək, “Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı haqqında” rəsmi statistika hesabatının yaranmasının səbəbləri, tərtib olunması, hesabatın tətbiqinin üstünlükləri, məlumatların yığılma üsulları ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. Onun ikinci təqdimatı Qırğızıstan Respublikasının Milli Statistika Komitəsində sənaye üzrə statistik müşahidələrin təkmilləşdirilməsi üzrə tədbirlər barəsində olub.
Tədbir UNIDO-nun “MDB ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi” regional layihəsi çərçivəsində həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin inteqrasiya olunmuş hesabat formalarının tətbiqi sahəsində yaxşı təcrübəsini nəzərə alaraq N.Süleymanov UNIDO tərəfindən bu layihəyə məsləhətçi qismində cəlb edilib. Məqsəd Qırğızıstanda sənaye müəssisələrinin müşahidəsi üçün beynəlxalq tövsiyələrə uyğun inteqrasiya olunmuş hesabat formasının işlənib hazırlanması və yeni hesabat forması əsasında sənaye müəssisələrinin fəaliyyətinin müşahidəsinin təşkili və keçirilməsindən ibarətdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Statistika_Komitesinin_numayendeleri_BMT_nin_regional_seminarinda_istirak_edibler-915257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR