Ukraynada öldürüldü, gizlicə dəfn olundu

Ukraynada öldürüldü, gizlicə dəfn olundu
15:47 30 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada "Azov" alayının 2-ci minaatanlar taqımının komandiri kimi vuruşan rusiyalı Novosibirskdəki qəbristanlıqlardan birində dəfn edilib. 

Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda Ukrayna Milli Qvardiyasındakı mənbə məlumat verib.

Beləliklə, Ratibor ləqəbi ilə tanınan "azov"un döyüşçüsünün vəsiyyəti yerinə yetirilib. Həmin mənbənin sözlərinə görə, məhv edilən komandirin meyiti bütpərəst olduğu üçün yandırılıb. Onun nəşi Ukraynadan Qazaxıstan vasitəsilə gətirilib və elə orada da yandırılıb. Kül olan qutu Novosibirskin ən məşhur Zaeltsovski qəbristanlığında valideynlərinin iştirakı ilə dəfn edilib. Orada yalnız tanınmış adamları dəfn edirlər. Millətçi Ratibor Ukraynanın Şirokino qəsəbəsində döyüşüb. O, başından ağır qəlpə yaraları alıb. 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR