Nigeriyada fermerlər ilə çobanlar arasında qarşıdurma: 38 ölü

Nigeriyada fermerlər ilə çobanlar arasında qarşıdurma: 38 ölü
12:43 7 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Nigeriyanın Nasarava əyalətində əleyhdar qruplar arasında yaranan qarşıdurmada 38 nəfər həlak olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Fulani qəbiləsindən çobanların Nasarava əyalətində Afo və Udeni Magaji qəbilələrinə təşkil etdiyi hücumlarda 38 nəfər ölüb. Amaku, Agbashi və Oden kəndlərində yaşayan çoxlu sayda sakin qarşıdurmalarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar.
Nigeriyanın Benu, Plateau, Taraba və Nasarava əyalətlərində əkinə yararlı sahələr və heyvandarlıqla əlaqədar qarşıdurmalara tez-tez rast gəlinir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nigeriyada_fermerler_ile_chobanlar_arasinda_qarsidurma_38_olu-916629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR