Samuxda iki maşın toqquşdu, yaralılar var

Samuxda iki maşın toqquşdu, yaralılar var
07:32 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Samuxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. "VAZ 2106" ilə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Samux rayon Çobanabdallı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Məmmədov və sərnişini, 1986-cı il təvəllüdlü Zəfər Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. R. Məmmədovun vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Z. Məmmədovun vəziyyəti isə orta ağırdır.
 
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR